Musiqili Teatrın yeni direktoru Əliqismət Lalayev haqda: “Dünən görüşdük və...”

saytların hazırlanması

Evə çatdırılma

Musiqili Teatrın yeni direktoru Əliqismət Lalayev haqda: “Dünən görüşdük və...”

Mədəniyyət

05 Aprel 2025 20:35 6069


“Azərbaycan Dövlət Akademik Musiqili Teatrına direktor təyin edilməklə bağlı təəssüratım çox yaxşıdır. Amma şok yaşadım. Mənim üçün gözlənilməz oldu. Bu təyinatla bağlı cənab nazir Adil Kərimliyə təşəkkür edirəm. Biz də bu etimadı doğrultmağa çalışacağıq”.

Yenisabah.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru təyin edilən Aqil Bəhramlı deyib.

“Hər zaman teatrla bağlı planlarım var. Teatr canlı orqanizmdir və mütləq planlar olmalıdır. Amma hələ bu barədə danışmaq tezdir”, - deyə A.Bəhramlı söyləyib. pizza

O, teatrın sabiq direktoru Əliqismət Lalayevlə münasibətlərinin yaxşı olduğunu bildirərək qeyd edib: "Dünən onunla görüşdük və məni təbrik də etdi. Əliqismət Lalayev ilə çox səmimi, gözəl münasibətimiz var”.

Qeyd edək ki, ötən gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev tutduğu vəzifədən azad edilib. Onun yerinə mədəniyyət naziri Adil Kərimlinin əmri ilə Aqil Adil oğlu Bəhramlı təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Tükazban
    Hər iki insan ali cənab şəxsdir. Əli Qismət müəllum hər zaman öz öhdələyində olan vəzifəni layiqincə unsanlıqla yerinə yetirib. İnşallah ona da özünü bu yaşda səmərəli ifadə edəcək yeni bir iş tapşırılar.
    1 year ago