Mustafa Ceceli Xəzər TV jurnalistindən üzr istədi

saytların hazırlanması

Evə çatdırılma

Mustafa Ceceli Xəzər TV jurnalistindən üzr istədi

Şou

18 May 2024 09:16 770


Türkiyəli müğənni Mustafa Ceceli Xəzər TV-nin müxbirindən üzr istəyib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Xəzər axşamı” verilişində danışılıb.

Ötən il sözügedən jurnalistlə ifaçı arasında yanlış anlaşılmaya görə problem yaşanmışdı. Bir il sonra yenidən bir araya gələrkən Ceceli deyib: Toyuqlu pizza

“Sən o zaman bizim yanımıza gəlməyi qəbul etmədin. Əgər qəbul etsəydin, orada üzr istəyəcəkdim. Amma indi gəldiyin üçün təşəkkür edirəm. Səndən üzr istəyirəm. O an ola bilər ki, mən elə bildim ki, siz pis bir şey deyirsiniz. Halbuki pis bir şey deməmisiniz. Mən elə eşitdim. Ona görə də belə olduğu üçün səndən üzr istəyirəm.

Biz qardaşıq. Mən 10 ildən çoxdur, buraya gəlib-gedirəm. İzləyicilərimiz də bilir ki, mən kiməsə pis söz demərəm. Elə anlaşıldı. Bu günə qismət imiş”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!