Mustafa Sandal keçmiş sevgilisinin ittihamlarına cavab verdi

saytların hazırlanması

Evə çatdırılma

Mustafa Sandal keçmiş sevgilisinin ittihamlarına cavab verdi

Şou

10 İyul 2019 10:48 1450


Müğənni Mustafa Sandalın bu yaxınlarda ayrıldığı sevgilisi Melis Sütşurup “Çirkin şeylər görüb ayrıldım” deyərək gündəmə gəlib.

“Yeni Sabah” Türkiyə mətbuatına istinadən bildirir ki, M.Sandal 6 ay münasibətdə olduğu Melisin ittihamlarına sosial mediadan cavab verib.

O, Melis haqqında pis heç nə deməyəcəyini yazıb:

 “Yaxşı vaxt keçirdik, amma alınmadı. Hər münasibətin axırında mütləq dava olmalıdır?  Əlbəttə, yox! Ən azından bu mənim tərzim deyil. Məndən bir qadın və yaxşı bir ana haqqında pis nə isə deməyimi heç kəs gözləməsin”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!