Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibə ilə bağlı başlanmış cinayət işi üzrə istintaq komitəsinə şəxsən dindirilmək üçün getməyib. Əksinə, Ermənistan İstintaq Komitəsinin müstəntiqləri onu dindirmək üçün Baş nazirin yanına gediblər.
Yenisabah.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məluamt yayıb.
Erməni nəşri əlavə edib ki, onlar bu məlumatı Ermənistan İstintaq Komitəsinin özündən öyrənməyə çalışıb: pizza sifarişi
“2020-ci ilin sentyabrın 27-dən noyabrın 9-dək davam edən müharibə zamanı Ermənistan Respublikasının bir qrup yüksək rütbəli məmurunun vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayəti ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.
Bu cinayət prosesi çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Ermənistan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş bütün tələblərə riayət edilməklə məhkəmə şahidi qismində dindirilib.
Ermənistan İstintaq Komitəsi “Azatutyun”un sorğusuna cavab olaraq bildirib ki, Baş nazir Paşinyan komitənin baş hərbi istintaq idarəsinin xüsusi mühüm işlərin araşdırılması şöbəsində şahid qismində dindirilib.
Telegram kanalımız