Müstəqil sığorta ekspertinin fəaliyyətinə dair minimum tələblər təsdiqləndi

saytların hazırlanması

Evə çatdırılma

Müstəqil sığorta ekspertinin fəaliyyətinə dair minimum tələblər təsdiqləndi

İqtisadiyyat

07 Fevral 2024 18:39 1886


Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsinə dair minimum Tələblər”i təsdiq edib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, müstəqil ekspertin sığorta hadisələrini qiymətləndirməsinə dair tələblər, müstəqil ekspert rəyinin məzmunu və forması, müstəqil ekspertlə bağlanılan xidmətin göstərilməsi ilə əlaqədar mülki-hüquqi müqaviləyə dair tələblər, eləcə də müstəqil ekspertlərin hesabatlılığına dair tələblər müəyyənləşib. pizza hut

Müstəqil ekspert fəaliyyəti ilə bağlı AMB-yə rüblük hesabatlar təqdim edəcək. Həm fiziki, həm də hüquqi şəxs müstəqil ekspertlərin hesabatları rüb başa çatdıqdan sonra 20 gün müddətində elektron imza ilə təsdiq edilərək təqdim olunacaq.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!