Bu ilin yanvar-sentyabr aylarına olan sonuncu məlumata görə “Bank BTB” ASC-də müştəri depozitləri (tələbli və müddətli) ilin əvvəli ilə müqayisədə 8,1% azalıb.
Ekonominfo.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu ilin Bank BTB” ASC-də müştəri depozitlərinin həcmi 159 milyon 224 min manat olduğu halda, son 9 ayda 11 milyon 902 min manat azalaraq oktyabr ayının əvvəlində 147 milyon 322 min manat olub.
Qeyd edək ki, bu ilin ilk 3 rübü ərzində “Bank BTB” ASC-nin xalis zərəri 987 min manat olub. Ötən ilin eyni dövründə də Azərbaycanda fəaliyyət göstərən 25 bankdan yalnız “Bank BTB” ASC zərərlə işləyib. Toyuqlu pizza
Qeyd edək ki, “Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.
“Bank BTB"nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlinidir.
Telegram kanalımız