Mardin Təhsil və Araşdırma Xəstəxanası Dəri və Zöhrəvi Mütəxəssisi Həkim Rana Başara Şahin sosial mediada həkim tövsiyəsi olmadan paylaşılan dəri kremləri ilə bağlı xəbərdarlıq edib.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkim isti havalarda mümkün qədər çölə çıxmamaq lazım olduğunu, iyul və avqust aylarında temperaturun daha çox artacağını bildirib:
“Xüsusilə saat 10.00-17.00 arasında mümkün olduqca çöldə qalmamaq lazımdır. Bu saatlar ultrabənövşəyi şüaların indeksinin ən yüksək olduğu saatlardır. Çölə çıxsanız kölgəyə üstünlük verilməli və çölə çıxmazdan əvvəl uyğun miqdarda günəşdən qoruyucu krem istifadə etməlisiniz”. Dördpendirli pizza
Zaman keçdikcə və tərlədikcə günəş kreminin təsiri azalır. Bu səbəbdən günəşdən qoruyucu kremimizi hər 2-3 saatdan bir yenidən çəkməliyik. Əks halda, gələcəkdə dəri xərçəngi riski də artır. Bununla yanaşı, günvurma da baş verə bilər”.
Mütəxəssis bunların qarşısını almaq üçün gün ərzində içilən su miqdarına xüsusi diqqət yetirməli olduğumuzu bildirib:
“2-3 litr su içməyə diqqət etməliyik. Gündəlik günəş şüalarının ən sıx olduğu saatlarda çöldə işləmək məcburiyyətində qalanlar mümkünsə, kölgəli yerlərə üstünlük verməli, günəş işığından qoruyan pambıq paltarlar geyinməli, tez-tez günəş kremi çəkməlidirlər. Həmçinin, körpələri, uşaqları və ev heyvanlarını avtomobildə saxlamamağa diqqət edin".
Rana Başara Şahin ev şəraitində hazırlanan maskaların dəriyə ciddi zərər verə biləcəyinə diqqət çəkib:
“Dəri ləkələri üçün qətiyyən təbii üsullardan istifadə edilməməlidir. Təbii üsullarla evdə edilən maskalar dərinizdə qalıcı zərər və ləkələr yarada bilər. Limon və sitrus meyvələri birbaşa dəriyə çəkildikdə, dəri üzərində ciddi ləkələr qoya bilər.
Ləkələrin qarşısını almaq üçün mütləq günəş kremindən istifadə etməliyik.
Dermotoloqdan soruşmadan sosial mediada tövsiyə olunan qulluq kremlərindən istifadə etməyin. Bazarda bir çox fərqli markadan xeyli məhsul var. Dərinizə uyğun məhsullar fərdi və etibarlı brendlərdən seçilməlidir. Buna görə də ən yaxşı seçim dermatoloqun dəri tipinizə uyğun olaraq tövsiyə etdiyi məhsullar olacaq”.
Şeyla Səmiyeva
Telegram kanalımız