Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında ticarət dövriyyəsi 3 milyard dollardan artıqdır. Üstəlik Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı üçün əsas istehlak bazarıdır.
Ötən gün imzalanan Moskva Bəyannaməsi Azərbaycan Rusiyanın iqtisadi əməkdaşlığına necə təsir edəcək? Müttəfiq birgə fəaliyyəti Bəyannaməsi Azərbaycan iqtisadiyyatına hansı iqtisadi üstünlüklər vəd edir?
Yenisabah.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov Bəyannamədə iqtisadi sahəyə xüsusi üstünlük verildiyini bildirib: Dördpendirli pizza
“Moskva Bəyannaməsi 43 bənddən ibarətdir və 43 bəndin 15-i iqtisadi istiqamətdədir. Bu isə onu göstərir ki, sənədin imzalanmasında iqtisadi məsələlər əsas götürülüb.
Sözügedən 15 bənddə iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə tərəfdaşlığın həyata keçirilməsinə qərar verilib. Burada ticarət iqtisadi əlaqələrinin artırılması üçün hökümətlər arası komissiyanın işinin təşkilinə dəstəyin göstərilməsi, əmtəə və xidmətlərin sərbəst hərəkəti üçün əlverişli şəraitin yaradılması, elmi-texniki əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən, müxtəlif neft, qaz, metallurgiya, ağır maşınqayırma və iqtisadiyyatın bütün fəal sektorları üzrə inkşaf aparılması üçün birgə iqtisadi əməkdaşlığın stimullaşdırılması öz əksini tapır.
Digər istiqamət birgə müəssisənin yaradılmasıdır. Sonrakı istiqamət isə milli valyutalardan qarşılıqlı istifadədir. Yəni milli valyutaya təzyiq olacağı təqdirdə bilavasitə təzyiqin azaldılması üçün bu müddəa nəzərdə tutulur.
Başqa bir istiqamət Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin davamlı və tammiqyaslı fəaliyyətinin təmin olunmasıdır. Eyni zamanda, beynəlxalq nəqliyyat dəhlizinin təhlükəsizliyinin və fəaliyyətinin fasiləsizliyinin təmin olunması da önə çıxarılır. Bu, 33-cü bəndi əhatə edir. Mən bu bəndi Zəngəzur dəhlizinə xidmət edən bir bənd olaraq görürəm.
Enerji sahəsində də alternativ enerji mənbələrinin istifadəsi əməkdaşlığının dərinləşdirilməsi ilə bağlı müddəa da öz əksini tapıb. Eləcə də aqrar kənd təsərrüfatı istiqamətində aqrar-sənaye kompleksinin yaradılması, o cümlədən, iqtisadiyyatın digər bütün real sahələri üzrə inkşaf Bəyannamədə yer alır.
Bu bəyannamənin iqtisadi əhəmiyyəti siyasi və hərbi sahələrdən daha üstün səviyyədədir”.
Mehri Qurban
Telegram kanalımız