Müxalif düşərgədə nə baş verir? - “Milli Şura ReAL-ı qısqanır, AXH-nin dağılması təbiidir”

saytların hazırlanması

Evə çatdırılma

Müxalif düşərgədə nə baş verir? - “Milli Şura ReAL-ı qısqanır, AXH-nin dağılması təbiidir”

Siyasət

12 Aprel 2019 19:21 1209


Son günlər müxalifət düşərgəsində Milli Şura-ReAL Partiyası arasında dava hökm sürür. Milli Şura sədri, professor Cəmil Həsənli ReAL-ı satqınlıqda ittiham edib. ReAL Partiyasının funksionerləri isə bunu cavabsız qoymayıb. Digər tərəfdən Azərbaycan Xalq Hərəkatı tərkibində baş verən olaylar ciddi səs-küyə səbəb olub. 

Müxalif düşərgədə nə baş verir?

Hadisələri dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə “Yeni Sabah”a açıqlamasında bildirib ki, son günlər Mİlli Şura və ReAl partiyası arasında qarşılıqlı ittihamlar əsasən, Milli Şuranın digər siyasi qüvvələrin güclənməsinə qısqanclıqdan irəli gəlir. O bildirib ki, Milli Şura sədri Əli Kərimlinin kurasiyasındadır və təlimatları əsasən o verir: Sezar pizza

“ReAL-çıların Avropada görüşləri Milli Şurada qısqaclıq yaradıb və onlar Avropada özlərinə qarşı alternativ bir siyasi qurumun tanınmasını həzm edə bilmirlər. ReAL-ın öz siyasi strategiyası var, Əli Kərimli satqın damğası ilə yenidən müxalifət cəbhəsində parçalanma aparır. Milli Şura görür ki,Qərb onlara deyil, REAL-a üstünlük verir. Ona görə də onlara qarşı qara piara start veriblər”.

M.Əsədullazadə qeyd edib ki,  AXH-yə gəldikdə, İsgəndər Həmidov və digər 92-ci illərin eyforyasında olanların təsis etdiyi bu hərəkatın dağılması təbiidir:

“Onlar yenə də öz ampulalarındadırlar və hesab edirlər ki, xalqa demokratiya gətirəcəklər. Xalq hərəkatı şəxsi ambissiyalara xidmət edir və baş verənlər bunu sübut edir. Məhz İsgəndər Həmidov və Qurban Məmmədovun bir çatı altında siyasi əməkdaşlığı heç vaxt mümkün olmaz. Ümumiyyətlə 92-cillərin siyasiləri bir daha öz kimliklərini ortaya qoymuş oldu. Xalq hərəkatının müxalifətə aidiyyatı yoxdur. Burada parlamentə düşmək uğrunda bir yarış gedirdi. Bu cür siyasi şoular sabun köpüyüdür”.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!