Müxalif partiya sədri Paşinyana qarşı küçə mübarizəsinə başladı

saytların hazırlanması

Evə çatdırılma

Müxalif partiya sədri Paşinyana qarşı küçə mübarizəsinə başladı

Rəsmi

05 Noyabr 2021 15:40 688


Müxalif “Millətin səsi” partiyasının lideri Mqer Mesropyan Nikol Paşinyan hakimiyyətinə qarşı küçə mübarizəsinə başlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Partiya sədrinin sözlərinə görə, o və komandası Şurnuxudan İrəvana piyada gedəcəklər və oradakı hakimiyyəti devirəcəklər. pizza mizza

Müxalifətçi öz açıqlamasında Göyçə mahalının Zod icmasının ərazisinin keçdiklərini və hər zaman hakimiyyətə qarşı döyüşməyə hazır olduqlarını bildirib.

Mqer Mesropyan qeyd edib ki, onlar əvvəldən Respublika meydanında mitinq keçirmək istəyirdilər, lakin İrəvan bələdiyyəsi buna icazə verməyib:

“Mitinqin yerini dəyişdik. Noyabrın 7-də, saat 17:00-da Sasunlu David heykəlinin yanında görüşəcəyik”.

Zəngəzurdan (Syünik) Vediyə (Ararata) piyada yürüş təşkil edən müxalifət lideri onu da vurğulayıb ki, onların arxasında hansısa qüvvə dayanmır:

“Hər kəs bilir ki, bizim arxamızda heç kim dayanmır, kiminsə layihəsi olduğumuz barədə yayılan şayiələr tamamilə əsassızdır”

 

Son olaraq müğənni söyləyib ki, hakimiyyətə gələndə ölkəsini bu günə gətirənlər məhkəmə qarşısında cavab verəcəklər:

“Tanrının istəyi ilə hakimiyyətə gələcəyik və hamı etdiklərinə görə cavab verməlidir. Biz bir şeyi bilirik ki, ölkəmizdə baş verən hər şeyə görə bizi, yəni müxalifəti qınamaq olmaz. Yer üzünü və həmçinin ölkəmizi bu günə qoymaq üçün əlindən gələni edənlər qanun və Yaradanın hökmü qarşısında cavab verəcəklər”.

Rafi Müslümov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!