Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyalarını bu gün də davam etdirəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə “ARF Daşnaksütyun”un nümayəndəsi İşxan Saqatelyan deyib:
“Vətənin qurtuluşu naminə hərəkatın çağırışına cavab olaraq Ermənistanın çoxsaylı layiqli insanları bütün ölkə ərazisində vətəndaş itaətsizliyi aksiyaları keçiriblər. Bu gün eyni şəkildə davam edəcəyik. Eyni ruhda, eyni qətiyyətlə. Günortadan sonra, saat 16: 00-da, Ermənistan parlamentinin qarşısında görüşürük. Gəlin birlikdə vətənimizi xilas edək”. pizza mizza
Telegram kanalımız