Müxalifət ayağa qalxdı: Ermənistan qarışa bilər

saytların hazırlanması

Evə çatdırılma

Müxalifət ayağa qalxdı: Ermənistan qarışa bilər

Rəsmi

05 Aprel 2022 13:59 2113


“Müxalifət son parlament seçkilərində 25% səs alıb. Onun siyasi qərarlara təsir etmə imkanı yoxdur”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Zərdüşt Əlizadə deyib.

O, sabah keçiriləcək üçtərəfli (Aİ, Azərbaycan, Ermənistan) Brüssel görüşü ərəfəsində erməni müxalifətinin bu gün İrəvanda keçirəcəyi etiraz aksiyası barədə rəyini bölüşdürüb: Toyuqlu pizza

“Ermənistan müxalifəti iradəsini cəmiyyətə qəbul etdirə bilmir. Hətta parlament yolu ilə. Ona görə də, küçə yürüşlərinə, mitinqlərə və nümayişlərə üstünlük verirlər.

Kütləvi aksiyalara, o cümlədən vətəndaşların sərbəst toplaşmaq hüququna bu ölkədə maneə yoxdur. Mütəmadi olaraq müxalifət mitinqlər keçirir, etirazını bildirir. Üstəlik, erməni mediasının çox hissəsi müxalifətin ixtiyarındadır və onlar gecə-gündüz telekanallardan, radiolardan və internetdən xalqa öz fikirlərini çatdırır. Lakin indiyə qədər hakim partiyanın aparıcı mövqeyinə heç cür təsir edə bilməyiblər”.

Z. Əlizadənin sözlərinə görə, Paşinyan və komandası, habelə onun başçılıq etdiyi, parlamentdə əsas söz sahibi olan partiya xarici siyasət kursunu qəti şəkildə həyata keçirir:

“Bu siyasi kursun əsas əlamətləri Türkiyə ilə münasibətlərin normallaşması, Azərbaycanla demarkasiya-delimitasiya danışıqlarının aparılması, o cümlədən Azərbaycanla iqtisadi və diplomatik münasibətlərin bərpası, Ermənistanın mühasirədən çıxması və problemlərin danışıq yolu iləqonşularla birgə həllidir.

Bu, Paşinyan hökumətinin siyasətidir. Müxalifət bu siyasətə təsir etmək üçün xalqdan mandat almayıb. İstər seçkidə, istərsə də parlamentdə erməni müxalifəti Paşinyan hökumətini dəyişməyə nail ola bilməyəcək”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!