Müxalifət bu gün Paşinyanın yolunu kəsəcək

saytların hazırlanması

Evə çatdırılma

Müxalifət bu gün Paşinyanın yolunu kəsəcək

Rəsmi

23 Fevral 2021 09:38 920


Ermənistanın müxalif "Vətənin qurtuluşu Hərəkatı" İrəvanın mərkəzindəki “Fransa” meydanında etiraz aksiyasını başa çatdırıb.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, hərəkatın nümayəndəsi İşxan Saqatelyan sabah yenidən aksiya keçirəcəklərini bildirib:

"Bu gün aksiyamızı qurtarırıq. Bizdə məlumatlar var ki, baş nazir Nikol Paşinyan sabah saat 11:30-da hökumət binasının 3-cü korpusuna gələcək. Biz girişləri bloklamalıyıq və onu buraxmamalıyıq. Axşam isə mitinqə başlayacağıq". Pepperoni pizza

Bu gün İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyasında bir neçə min insan iştirak edib. Müxalifət tərəfdarları dövlət əleyhinə şüarlar oxuyaraq Yerevanın küçələri ilə yürüş təşkil ediblər.

Qeyd edək ki, Ermənistanda 10 noyabrdan Paşinyanın istefasına çağırış tələbləri ilə etiraz aksiyaları səngimir. Müxalifət onu Qarabağ müharibəsindəki məğlubiyyətdə ittiham edir. Paşinyan habelə ölkədəki iqtisadi və sosial problemlərdə günahlandırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!