“Ermənistanda müxalifət hakimiyyəti ələ almaq istəmir və buna sübutlar kifayət qədərdir”.
Yenisabah.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan danışıb.
“Məsələn, əgər siz doğrudan da hakimiyyətə gəlmək istəyirdinizsə, o zaman niyə Vazgen Manukyanı gətirdiniz? Bu, nəyə lazım idi? Siz deyirsiniz ki, biz kreslolarımıza yapışmışıq. Əgər o kreslolar bu qədər yaxşı idisə, bəs niyə 2020-ci ilin sonunda onları götürməkdən çəkinirsiniz? Dördpendirli pizza
Niyə Vazgen Manukyanı gətirdiniz? Çünki siz hakimiyyətə gəlmək istəmirdiniz. 2020-ci ildən sonra hakimiyyət sözün əsl mənasında küçədə qalmışdı. Siz onu götürmədiniz. Çünki sizə lazım deyildi. Məhz bu səbəbdən Kanada vətəndaşını (işarə etdiyi şəxs - red.) dəvət etdiniz. Bu yolla siz hakimiyyətdən imtina etməyə çalışırdınız”, - deyə Simonyan vurğulayıb.
Onun sözlərinə görə, müxalifət bu cür addımlarla məsuliyyətdən yayınmağa çalışıb, çünki yaranmış vəziyyətdən necə çıxmaq lazım olduğunu bilmir.
Telegram kanalımız