Baş nazir Nikol Paşinyanın istefasını tələb edən Ermənistan müxalifəti Gümrüdə avtoyürüşə başlayıb.
Yenisabah.az "Sputnik Armeniya"ya istinadla xəbər verir ki, bundan əvvəl parlamentin “Ermənistan” müxalifət fraksiyasından olan vitse-spikeri İşxan Saqatelyan bildirmişdi ki, Gümrüdə etiraz aksiyası gözlənilir.
Onun sözlərinə görə, mayın 9-da isə İrəvanın Fransa meydanında böyük mitinq keçiriləcək. pizza hut
Mayın 7-də müxalifət Ermənistanın üçüncü böyük şəhəri Vanadzorda mitinq keçirib.
Telegram kanalımız