Müxalifət jurnalisti Fransada oğurlandı

saytların hazırlanması

Evə çatdırılma

Müxalifət jurnalisti Fransada oğurlandı

Dünya

15 Oktyabr 2019 05:59 971


İnqilab Keşikçiləri Korpusunun agentləri Fransada fəaliyyət göstərən və sosial şəbəkələrdə populyar antihökumət kanalına rəhbərlik edən aparıcı müxalifətçini oğurlayıb və İrana aparıb. 

Virtualaz.org xəbər verir ki, bu haqda İranın dövlət televiziyası bildirir. Məlumata görə, öz fəaliyyətini Fransada və digər Avropa ölkələrində quran, 1 milyondan çox abunəçisi olan populyar “Amadnews” adlı Telegram-kanalına rəhbərlik edən jurnalist Ruhulla Zam “mürəkkəb əməliyyatın nəticəsində” oğurlanıb. Əməliyyatda aldadıcı kəşfiyyat fəndi tətbiq olunub. İnqilab Keşikçiləri Korpusu əməliyyatın hansı ölkədə keçirildiyini açıqlamır.

Lakin o bildirilir ki, Ruhulla Zam Fransa kəşfiyyat xidmətlərinin rəhbərliyi, ABŞ və İsrail xüsusi xidmət orqanlarının mühafizəsi altında olsa da İnqilab Keşikçiləri Korpusunun qurduğu tələyə düşüb. Dominos pizza

“Telegram” sosial şəbəkəsində fəaliyyət göstərən “Amadnews” kanalı ötən il İranın şikayətindən sonra bağlanmışdı. İran kanalı ölkədəki küçə etirazları zamanı zorakılığıa çağırışlar yaymaqda ittiham edirdi. Lakin tezliklə kanal yeni adla fəaliyyətə başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!