Müxalifət naziri məhkəməyə verir

saytların hazırlanması

Evə çatdırılma

Müxalifət naziri məhkəməyə verir

Siyasət

24 Mart 2020 15:45 763


Türk fubolunun əfsanəvi ismi, “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin koronavirus infeksiyasına yoluxması qardaş ölkədə böyük ajiotaj yaradıb.

Yenisabah.az xəbər verir ki, Türkiyə müxalifəti Terimin koronavirusa yoluxmasının günahını ölkənin Gənclik və idman naziri Mehmet Kasapoğluda görür.

Bu bəyanatla ana müxalifət partiyasının sədr müavini Yıldırım Kaya çıxış edib. CHP funksioneri deyib ki, nazir Türkiyə çempionatının dayandırılmasıyla bağlı onun müraciətini qulaqardına vurduğu üçün Fatih Terim koronavirusa yoluxub. Sezar pizza

Yıldırım Kaya ölkəsinin Gənclik və idman nazirini məhkəməyə verəcəyini bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!