“Müxalifət ölkəni poliqona çevirmək istəyir“ - Baş nazir

saytların hazırlanması

Evə çatdırılma

“Müxalifət ölkəni poliqona çevirmək istəyir“ - Baş nazir

Rəsmi

18 Noyabr 2022 16:57 863


Gürcüstanın baş naziri yenidən müxalifəti ittiham edib ki, Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra onun planlarına “Gürcüstanda ikinci cəbhənin açılması” daxildir.

Yenisabah.az “Novosti-Georgia”a istinadla xəbər verir ki, İrakli Qaribaşvili müxalifətin bir hissəsinin Ukrayna rəhbərliyinin göstərişi ilə hərəkət etdiyini bəyan edib:

“Onlar məndən təyyarələr icarəyə götürməyi və döyüşmək üçün ora, Ukraynaya könüllülər göndərməyimi istədilər. Bunun üçün dövlət tərəfindən icazə verilməli idi. Bu, birbaşa müharibəyə başlamaq cəhdi idi... Rusiyanın reaksiya verərək ikinci cəbhə açacağına hesablanıb”. Sezar pizza

Baş nazirin sözlərinə görə, əgər bu gün Gürcüstanda hakimiyyətdə “Ukrayna hakimiyyətinin tərəfdaşları və müttəfiqləri” olsaydı, onlar ölkəni “poliqona çevirər”, ölkəni məhv edər və sonda Rusiyaya təslim olardılar.

Baş nazir müxalifətin sosial etirazlara və inqilaba ümid etdiyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!