"Fikrimcə Azərbaycanda olan bütün siyasi partiyalar hüquq sistemi içinə qaytarılmalıdır. Müxalifət haqqında qanun qəbul olunmalı, istər radikal, istər də ideoloji, istər də konstruktiv müxalifət partiyalarının fəaliyyətinin hüquqi çərçivəsi bu qanunla tənzimlənməlidir. Sultan Əbdülhəmid öz yaxınları vasitəsi ilə xaricdə yaşayan özünün ən kəskin müxaliflərinə onların yaxınları vasitəsi ilə vəsait çatdırırdı və onların xəbəri olmurdu ki, bu vəsait sultandan gəlir. Arqumenti də bu idi ki, onlar mənə qarşı müxalifətdədirlər, ehtiyac üzündən xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən ələ alınıb öz dövlətlərinə qarşı düşmənə çevrilmələrinə imkan yaratmayaq".
Yenisabah.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa bu gün Milli Məclisdə çıxışı zamanı deyib.
Millət vəkili çıxışının davamında müxalifət partiyaları ilə iqtidarın dialoqunun önəmindən bəhs edib: pizza hut
"Bu anologiyanın tətbiqi olsun deyə burada xatırlatmıram, sadəcə onu bilirəm ki, Müsavat da, AXCP də siyasi sistemin içində hakimiyyətlə mədəni və siyasi oyun qaydalarına uyğun fəaliyyət göstərsələr xaricdə və daxildə olan artıq yalnız antihakimiyyət deyil, həm də antidövlət elementinə çevrilmiş qaragüruhçu zümrədən uzaqlaşmasına imkan yaranar, ölkənin demokratikləşməsi üçün töfhə verə bilərlər. Son vaxtlar ölkə prezidentinin təşəbbüsü ilə siyasi partiyalarla aparılan dialoq və prezident adminstrasiyasının şöbə müdiri Ədalət Vəliyevin bu istiqamətdə gördüyü işlər həqiqətən təqdirəlayiqdir. Bu prosesi səbrlə davam etdirmək lazımdır, Azərbaycan cəmiyyətində siyasi partiyalar arasında münasibətlərin mədəni səviyyəsinin yüksək olmasından ancaq cəmiyyətimiz qazanar. Həm də siyasi partiyalar proporsional sistemin bərpası ilə parlament demokratiyasını da gücləndirilə bilər. Bütün hallarda ən radikal müxalifət partiyaları dövlətçiliyin dəyərini başıpozuq qaragüruhçu kütlədən daha yaxşı anlayır və böhran ehtimalı yaranarsa, dövlətin çökməsinə maraqlı olmaz".
Telegram kanalımız