“Müqavimət” hərəkatının üzvləri və onların tərəfdarları İrəvanın Fransa meydanından Ermənistan Xarici İşlər Nazirliyinin binasına doğru yürüş ediblər.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, yürüşün əvvəlində təşkilatçılar Ermənistan hökumətinin ən vacib məsələlərdə xalq adından danışıqlar aparmaq hüququnun olmadığını qeyd edib.
Onların sözlərinə görə, bu gün Ermənistanda keçirilən beynəlxalq görüşlər fonunda hakimiyyətlə əldə olunan istənilən razılaşmanın etibarsız olduğunu söyləməyə hazırlaşırlar, çünki hakimiyyətin belə bir mandatı yoxdur. Pepperoni pizza
Telegram kanalımız