Müxalifət yenə İrəvanın yollarını bağladı

saytların hazırlanması

Evə çatdırılma

Müxalifət yenə İrəvanın yollarını bağladı

Rəsmi

05 May 2022 09:27 187


Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət nümayəndələri İrəvanın bir sıra küçələrini yenidən bağlayıblar.

Yenisabah.az Para TV-yə istinadla xəbər verir ki, etirazçılar vətəndaşları mübarizəyə qoşulmağa çağırır.

Saxlanılanlar barədə hələ ki, məlumat yoxdur. pizza

Aprelin 25-dən Ermənistanın hər yerində müxalifət etiraz aksiyaları keçirir. Etirazçılar əmindirlər ki, hakimiyyətin siyasəti ölkəni dövlətçiliyin itirilməsi ilə hədələyir.

İrəvandakı müxalifət bir neçə gündür ki, İrəvan küçələrini və regional magistralları, o cümlədən əsas nəqliyyat qovşaqlarını bağlayır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!