Müxalifətçinin oğlunun təhsil haqqı qaytarılacaq

saytların hazırlanması

Evə çatdırılma

Müxalifətçinin oğlunun təhsil haqqı qaytarılacaq

Sosial

29 Avqust 2019 19:12 1091


Bakı Dövlət Universiteti (BDU) Əhəd Həsənovun – Qarabağ müharibəsi əlili, siyasi məhbus – Xalq Cəbhəsi Partiyasının fəalı Babək Həsənovun oğlunun təhsil haqqını qaytaracaq.

Qarabağ müharibəsinin iştirakçısı və əlilinin oğlu kimi Əhəd Həsənov pulsuz təhsil almaq hüququna malikdir. Amma ali məktəbdə ondan atasının əlilliyini sübut edən sənədlərin olmaması bəhanəsi ilə təhsil haqqı ödəməyi tələb ediblər.

Ailə bu qanunsuzluğu ictimailəşdirmək məcburiyyətində qalıb. Bundan sonra hüquq-mühafizə orqanları Babək Həsənovun axtarış zamanı müsadirə edilmiş veteran vəsiqəsini qaytarıb. Marqarita pizza

Dünən fakultənin dekan müavini ailəyə zəng edib və bu sənədləri aldıqdan sonra 10 gün ərzində pulun qaytarılacağını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!