“Müxalifətin “plintusdan” aşağı düşdüyünü gözləmirdim” –   Telman İsmayılov

saytların hazırlanması

Evə çatdırılma

“Müxalifətin “plintusdan” aşağı düşdüyünü gözləmirdim” – Telman İsmayılov

Siyasət

15 İyun 2020 08:44 2316


Sosial şəbəkələrdə Monteneqroda yaşayan Azərbaycan əsilli rus oliqarxı Telman İsmayılovun adından qalmaqallı bir bəyanat yayılıb. 

Bu barədə virtualaz.org-a Telman İsmayılovun özü açıqlama verib. Bu video çarxlarda Telman İsmayılov bir neçə il əvvəl rusiyalı jurnalistlərin suallarını cavablandırır.

Ancaq Telman İsmayılovla bu məşhur müsahibədən bir şəkil qoyaraq kadrarxası səsli mətn yerləşdirilib. Kadrarxası mətndə müəlliflər Telman İsmayılovun adından Yasamal rayonunda polislə yerli sakinlər arasında baş verən hadisə ilə bağlı vəziyyəti şərh edirlər. pizza mizza

“Qəti etirazımı bildirirəm. Azərbaycanda müxalifətin bu qədər, “plintusdan” aşağı düşdüyünü gözləmirdim. Sonuncu dəfə jurnalistlərə bir neçə il əvvəl müsahibə vermişdim. Hazırda mən bu adamı axtarıram. Onun kim olduğundan şübhələnirəm. Qoy bu “kişi” cavab versin. Hərçənd kişi olmadığına görə, cavab verməyəcəyini bilirəm", - deyə T.İsmayılov vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!