Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və müavinləri Lənkəranda vətəndaşları qəbul edib.
Nazirliyin mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan məlumata görə, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən bu gün Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Lənkəran, Lerik, Masallı, Yardımlı və Astara rayonlarından olan vətəndaşları qəbul edib.
Məlumatda bildirilir ki, qəbuldan əvvəl nazir və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. pizza hut
Həmçinin, Ekologiya və Təbii Sərvətlər nazirinin müavinləri Firdovsi Əliyev Lerik, Rauf Hacıyev isə Masallı rayonlarından olan vətəndaşlarla görüşüb.
Qəbullar zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Telegram kanalımız