Muxtar Babayev sakinlərlə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Muxtar Babayev sakinlərlə görüşdü

Sosial

20 Dekabr 2019 12:10 1309


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 20 dekabr  2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Şirvan şəhərində yerləşən Gənclər Mərkəzində Hacıqabul, Salyan, Neftçala, Göyçay rayonlarının və Şirvan şəhərinin vətəndaşlarını qəbul edib.

Nazirlikdən "Yeni Sabah"a daxil olan məlumata görə, qəbuldan əvvəl nazir Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramını bildirib.

Həmin gün Ekologiya və Təbii Sərvətlər nazirinin müavinləri Rauf Hacıyev Sabirabad rayonundan, Firdovsi Əliyev isə Saatlı rayonundan  olan vətəndaşlarla görüşüb. Pepperoni pizza

Qəbullar zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!