Muxtar Babayev türkiyəli nazirlə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Muxtar Babayev türkiyəli nazirlə görüşdü

Maraqlı

19 May 2022 12:00 797


Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş olub. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi  sərgiləri çərçivəsində baş tutan görüşdə meşələrin mühafizəsi, bioloji müxtəlifliyin qorunması, su resurslarının səmərəli idarə olunması, eləcə də iki ölkə arasında gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!