Muxtar Babayev vacib Anlaşma Memorandumu imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Muxtar Babayev vacib Anlaşma Memorandumu imzaladı

Maraqlı

01 İyun 2022 14:10 757


Azərbaycanda işgüzar səfərdə olan İtaliyanın Ekoloji Keçid Nazirliyinin Dövlət Katibi xanım Vannia Qava ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb. 

Bu barədə "Yeni Sabah"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, görüşdə iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, yaşıl texnologiyaların tətbiqi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. Marqarita pizza

Sonda dayanıqlı inkişaf sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!