Cənubi Koreyada yerləşən “Leeum Samsung” İncəsənət Muzeyində maraqlı hadisə baş verib.
Yenisabah.az xəbər verir ki, muzeydə sərgilənən və dəyəri 6 milyon dollar olaraq qiymətləndirilən banan əsəri ziyarətçilərdən biri tərəfindən yenidən yeyilib.
Sözügedən əsər italyan sənətçi Maurizio Cattelana məxsusdur və “Comedian” (Komediyaçı) adlanır. Əsər divara yapışdırılmış bir ədəd banandan ibarətdir. Daha əvvəl də bənzər hadisə baş vermiş və əsər başqa bir ziyarətçi tərəfindən yeyilmişdi. Pepperoni pizza
Bu dəfə əsəri yeyən şəxs Koreya Universitetinin tələbəsi olub. O, bananı divardan çıxarıb yeyəndən sonra qabığını yenidən yerinə yapışdırıb. Məsələ ilə bağlı açıqlama verən tələbə bildirib ki, “ac olduğu üçün” belə bir addım atıb.
Muzey rəhbərliyi isə sənət əsərinin yenidən bərpa edildiyini və əsərin təbiəti etibarilə bananın mütəmadi dəyişdirildiyini qeyd edib.
Qeyd edək ki, “Comedian” əsəri ilk dəfə 2019-cu ildə Mayamidə keçirilən Art Basel sərgisində nümayiş olunub və o vaxt da böyük səs-küyə səbəb olmuşdu.
Aydan Hacı
Telegram kanalımız