Azərbaycan Dövlət Mahnı Teatrına yeni direktor təyin edilib.
Yenisabah.az report-a istinadla xəbər verir ki, Ülviyyə Firudin qızı Bəbirova sözügedən vəzifəyə təyinat alıb.
Mədəniyyət Nazirliyindən faktı təsdiq ediblər. Toyuqlu pizza
Yenisabah.az olaraq əlavə edək ki, Ülviyyə Bəbirova buna qədər Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvü, "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin rəhbəri olub. O, sənətşünaslıq üzrə fəlsəfə doktorudur.
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrını 1968-ci ildə vokal sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti Rəşid Behbudov yaradıb.
Telegram kanalımız