Bu gün Bakı Avropa Liqasının finalına ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək “Çelsi” – “Arsenal” oyununa 23:00-da start veriləcək.
“Yeni Sabah” futbolçularımız arasında finaldakı favoritləri barədə sorğu keçirib.
Adil Nağıyev (“Sumqayıt”): “Mən belə düşünürəm ki, “Arsenal” qalib gələcək. Son oyunlarda çox yaxşı oynayır. Yenə də bilmək olmaz, baxıb görəcəyik. Stadiondan baxmayacağam. Dostlarımla bir yerdə oturub izləyəcəyik”.
İbrahim Qədirzadə (MOİK): “İkisi də ingilis komandasıdır. İngilislərdə də mənim komandam “Mançester Yunayted”dir. Amma bu günki matçda “Çelsi”nin udmağını istəyirəm. Çünki “Arsenal”ın Mxitaryan kimi futbolçusu var. Onun əli Bakıdan gedən kuboka dəyməsin. Rayondayam deyə, canlı baxa bilməyəcəyəm. Amma TV-dən izləyəcəyəm.”
Cavid Hüseynov (“Qəbələ”): “Favoritim “Çelsi” komandasıdır. Nəsə inanıram ki, oyunu onlar aparacaq. Matçı isə evdə izləyəcəyəm".
Bahadur Həziyev (“Şahdağ”): "Fikrimcə, “Çelsi”daha güclüdür. 1-ci qolu vuran oyunu aparacaq. Oyunu izləməyəcəyəm, vaxt olsa Tv-dən baxaram".
Rahid Əmirquliyev (“Səbail”): “Favoritim “Çelsi”dir. Məncə, “Çelsi” qalib gələcək. Stadiondan yox, TV-dən izləyəcəyəm”.
Şahin Zəkiyev (“Keşlə”): "We are “Chelsea”. Stadiondan izləyəcəyəm".
Amil Yunanov: " "Çelsi"ni favorit görürəm"
Naibə Məmmədova
Telegram kanalımız