"Mançester Yunayted" futbol klubunun səhmləri potensial alıcıların tezliklə klubu almaq üçün rəsmi təkliflər verəcəyi ilə bağlı şayiələrə görə kəskin bahalaşıb.
Yenisabah.az "MarketWatch" xəbər verir ki, 2005-ci ildən komandanın sahibi olan Qleyzer ailəsi “qırmızı şeytanlar” üçün ilkin təklifləri təqdim etmək üçün yerli vaxtla saat 22:00-a son tarix qoyub.
Qətər və Səudiyyə Ərəbistanından adları açıqlanmayan özəl investorların, həmçinin, Böyük Britaniyanın ən zəngin adamı Cim Ratkliffin “Mançester Yunayted”ə iddialı olduğu bildirilir. pizza
Qleyzerlər klub üçün təxminən 6 milyard funt-sterlinq (7,3 milyard dollar) alacağını gözləyir.
Klubun səhmləri ("Mançester Yunayted Ltd". adlı qurum Nyu-York Fond Birjasında alınıb-satılır) cümə axşamı günü demək olar ki, 10% artıb və cümə günü əvvəlcədən ticarətdə daha 5,5% yüksəlib.
Telegram kanalımız