Müğənni Ayan Babakişiyeva duet ortağı Nadir Qafarzadə ilə zaman-zaman haqqında yazılanlara münasibət bildirib.
Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu barədə o, “Pərvizə görə” layihəsində danışıb:
“Boş-boş xəbərlərdir. Vecimə almıram. Həmçinin şərhləri də. Olmayan şey üçün niyə özümü narahat edim?! Əvvəl münasibətimiz necə idirsə, indi də o cürdür. Duet oxuduğumuz vaxtlarda həftədə bir dəfə danışardıq, ya danışmazdıq. İndi də xeyli müddətdir danışmırıq. O gündə İsa Şükürovun efirində dedi ki, səndə İlhamə Quliyevalaşma gedir. Çox dəxlisiz idi. Həmişə deyirəm, Nadir yaxşı insandır, sadəcə tez özündən çıxan, tez alışan-yanandır. İnsan dost deyəndə onu hər cür qəbul edir. Düşüncəmdə Nadirə qarşı mənfi fikir yoxdur. Normaldır”. Dördpendirli pizza
Telegram kanalımız