Nadir Bayramlı sənətdən gedəcəyini açıqladı -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Nadir Bayramlı sənətdən gedəcəyini açıqladı - VİDEO

Şou

09 Dekabr 2024 16:24 726


 Müğənni Nadir  Bayramlı ilk dəfə olaraq ARB TV-nin “Günə Bax” verilişində səhnə ilə vidalaşmaq istədiyini  bildirib.

Yenisabah.az xəbər verir ki, o, səhnədən getməsinin səbəbini belə açıqlayıb:

“Neçə vaxtır bunu gizlədirdim. Çox güman ki, səhnədən tez gedəcəm. Məncə, hər şeyin öz vaxtı var. Sənət adamı səhnəni vaxtında tərk etsə, yaxşıdır. Məsələn, bu yaxınlarda bir sənət adamı ilə efirdə oldum. Mən hiss etdim ki, aparıcı ona sual verəndə eşitməkdə çətinlik çəkir. Məncə, bu gərəksizdir. Nə qədər ki, vəziyyət o yerə çatmayıb, tamaşaçının sevgisi, məhəbbəti, etiramı azalmayıb vaxtında getmək lazımdır. Əlil arabasında səhnəyə çıxmağın heç bir mənası yoxdur. Sezar pizza

Bunu yəqin ki, edən olmayıb. Düşünürəm ki, vida konserti təşkil edim, məni sevənlərlə sağollaşım”.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!