Nadir Qafarzadə illər əvvəl himayəsinə götürdüyü yaşlı qadından danışıb.
Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, ifaçı "İncə səhər" proqramında həmin qadının onun başına oyun açdığını deyib.
Müğənni bildirib ki, qadın özünü kimsəsiz kimi təqdim etsə də, sonradan çoxlu qohumu olduğu ortaya çıxıb: Pepperoni pizza
"Onu dövlət himayəsinə verdim. Gedib yanına baş çəkirdim. Yaxşı da baxırdılar. Gördüm qadının qohumları var, ölü arxasınca danışmaq olmaz, amma gərək deyim, qohumları ilə danışırdı: əmi, bibi nəvəsi, xalası. Hamısı ortaya çıxdı".
N.Qafarzadə illər əvvəl ATV telekanalında yayımlanan "Sən tək deyilsən" verilişində qonaq kimi iştirak etdiyi zaman ahıl yaşda kimsəsiz bir qadını öz himayəsinə götürüb. O, daha sonra qadını ahıllar evinə yerləşdirib.
Telegram kanalımız