Müğənni Nadir Qafarzadə Ramazan ayında oruc tuitmadığını bildirib.
Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, o, "İncə səhər" verilişində bunun səbəbini iradəsinin zəifliyi ilə izah edib:
"25-30 il bundan əvvəl idarələrin birində çalışırdım. Ramazan ayında oruc tutdum və səhər işə gəldim. Günorta hiss etdim ki, qarnımda "nəfəsli orkest" çalır. Deyir ki, yemək yeməlisən. O an arvadım Sevinc xanıma zəng etdim. Dedim ki, ya savabdır, ya günahdır, amma mən orucumu pozdum. Yemək yeyirəm, özü də çox böyük iştahla". pizza hut
N. Qafarzadə iftarı restoranlarda deyil, ailə ilə bərabər evdə açmağı məsləhət görüb:
"Hazırda Sevinc xanım, oğlum və gəlinim oruc tutur. Allah qəbul eləsin. Mən də onlar üçün "iftar süfrəsi" açıram. Deyirəm ki, oruc saxlayanda məni də yada salıb, dua edin".
Telegram kanalımız