Nadir meyxanaçıları və bayağı mahnı ifaçılarını yıxdı-sürüdü   - Video

saytların hazırlanması

Evə çatdırılma

Nadir meyxanaçıları və bayağı mahnı ifaçılarını yıxdı-sürüdü - Video

Şou

10 Fevral 2021 14:46 1090


Tanınmış müğənni Nadir Qafarzadə Azərbaycan musiqisinin bugünkü durumundan danışıb.

Yenisabah.az xəbər verir ki, MTV telekanalının qonağı olan müğənni meyxanaçıları və bayağı mahnı ifaçılarını “yıxıb-sürüyüb”.

O, artıq şou-biznesdə əvvəlkitək rəqabət olmadığını deyərək, efirlərə bayağı musiqiçilərin çıxmasından gileylənib: Dördpendirli pizza

“Şou-biznesin 2000-ci illərdə qaynayan vaxtları var idi. İndi o qaynaşım, o hitlər, mahnılar, rəqabət yoxdur. Hamı çəkilib qırağa sonra da deyirlər ki, efirləri kimlərsə zəbt etdi. Efirə Aygün, Röya, Nadir, Abbas, Elton naz edib gəlməyəndə aparıcı məcburdur ki, zövqsüz ifaçıları çağırsın. Ona görə günah bizim ulduzlardadır. Boşluq yaratdıq, bəziləri də o boşluqdan istifadə etdilər, gəldilər, özü də çirkab vəziyyətdə. Mahnılar səviyyəsiz, söz yığımı, musiqili meyxanlar gəldi. Musiqili meyxana deyilən şey yoxdur, ya meyxana var, ya da musiqi. Qeyri peşəkarlıq baş alıb gedir. Efiri açıram görürəm ki, bu tip ifaçılar bütün kanallardadır, məcburam ona baxam, qulağımı onun musiqisi deşsin”.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!