Nadir Qafarzadə ədəbazlıq edir   - Video

saytların hazırlanması

Evə çatdırılma

Nadir Qafarzadə ədəbazlıq edir - Video

Şou

17 Mart 2020 16:49 1094


Koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə ölkədə xüsusi rejim tətbiq edilib və əhaliyə mümkün qədər ehtiyatlı davranmaq tövsiyə olunub. Bundan sonra sənətçilər koronavirusla bağlı paylaşım ediblər. Virusdan qorunmağa çalışan məşhurlar tibbi maskada fotolar paylaşıb, maarifləndirici postlar yayıblar. 

Yenisabah.az xəbər verir ki, məşhurların xalqı qorunmağa, ehtiyatlı olmağa səslədiyi bir vaxtda müğənni Nadir Qafarzadə virusdan qorunmadığını bildirib. O, cəmiyyətə müsbət mesaj vermək əvəzinə insanları laqeydliyə, biganəliyə səsləyib. Sosial şəbəkədə görüntülərini paylaşan ifaçı maska istifadə etmədiyini, hamı ilə görüşdüyünü deyib:

“Deyirəm, bunun sonu necə olacaq? Biz öyrəşməmişik belə şəraitə. Hər şey çərçivədədir. Doğurdan da məni çox narahat edir, hətta yoldaşıma deyirəm ki, gedək harasa? Deyir virusdan qorxmursan? Doğurdan qorxmuram, nə olacaq, olacaq. Qismət nədirsə o olacaq. Nə maska taxıram, nə bir şey, hamı ilə də görüşürəm, insan içinə də gedirəm. Allah nə yazıbsa, o da olacaq. İnamla yaşamaq lazımdır, optimist olmalıyıq. Həyat davam edir, harda qırıldı-qırıldı…” Sezar pizza

Sosial şəbəkə iştirakçıları müğənninin bu davranışından təəccübləndiklərini gizlətməyiblər.

Həmin görüntüləri təqdim edirik:

Əsmətxanım

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!