“Nadir Şah gədəbəylidir” - Professor

saytların hazırlanması

Evə çatdırılma

“Nadir Şah gədəbəylidir” - Professor

Mədəniyyət

17 Noyabr 2023 14:55 4077


"Əfşarlar imperiyasının qurucusu Nadir Şah gədəbəyli olub".

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bunu Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmov AMEA-da keçirilən müzakirələr zamanı deyib. 

O, bu fikrini kitablardan birinə istinad etdiyini söyləyib.  pizza hut

Professor həmçinin vurğulayıb k, Gədəbəydə Nadir şah tərəfindən inşa edilən Şahzadə bulağı da mövcuddur. 

Müzakirələr zamanı akademik Nizami Cəfərov professorun fikirlərinə düzəliş edib və bildirib ki, Nadir Şah gədəbəyli deyil, gədəbəylilər Əfşardır.

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru Güllü Yoloğlu isə bildirib ki, Nadir şahın anası ayrım tayfasından olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!