Nadir Qafarzadə pirojki yemək üçün şəhərə çıxıb.
Yenisabah.az xəbər verir ki, bununla bağlı Qafarzadə instaqram səhifəsində video yayımlayıb.
Müğənni məhz küçədə hazırlanmış pirojki istəyini bu cür izah edib: pizza sifarişi
“Bu gün küçəyə çıxmışam. Bütün günü pirojki istəmişəm. Nəsə başıma vurub. Özü də ev şəraitində yox, məhz küçədə.
Bir ara metro və vağzalda satılırdı. Yanından keçirdin yağın iyi aləmi götütürdü. O pirojkini yemək istəyirəm. Yaxşı, səliqəli yox, “şəlpəqulaq” formasında pirojki istəyirəm. Onu dişləyirsən, adamın sifətinə dəyir.
“Sahil” metrosunun yanından keçirəm. İstəyirəm o pirojkidən alım, amma nəsə tapmıram. Bu gün pirojki deyə-deyə öləcəyəm. Deyəcəksiniz ki, yekə kişidir, buna bax… Amma sizin də yəqin belə bir hal başınıza gəlib. Düyü, ətlə, ciyərlə, kartofla pirojki istəyirəm. Bu gün pirojkisiz qaldım”.
Telegram kanalımız