Naftalanda karantin qaydalarını pozan oyun zalı aşkarlandı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Naftalanda karantin qaydalarını pozan oyun zalı aşkarlandı - Fotolar

Hadisə

27 Dekabr 2020 21:02 1015


Naftalan şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində şəhər ərzisində Siyavuş Verdiyevin qanunsuz olaraq, icarə əsasında “play station” salonu işlətdiyi məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, obyektə baxış zamanı 6 nəfərin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduqları aşkar edilib. Obyektin sahibi S. Verdiyev və müştərilər saxlanılaraq ŞPŞ-nə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan şəxslər barəsində Polis Şöbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə ediliblər. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!