Namazdan sonra yoxa çıxan dördüncü kurs tələbəsinin meyiti TAPILDI

saytların hazırlanması

Evə çatdırılma

Namazdan sonra yoxa çıxan dördüncü kurs tələbəsinin meyiti TAPILDI

Hadisə

07 Oktyabr 2024 19:49 10415


Sentyabrın 30-da Samur-Abşeron kanalının Xızı rayonu ərazisindən keçən hissəsində meyiti tapılan şəxsin kimliyi müəyyənləşib.

Lent.az-ın məlumatına görə, meyit sudan çıxarılarkən tanınmaz halda olduğundan DNT analizi götürülüb.

Meyiti tapılan şəxsin sentyabrın 6-da itkin düşən Siyəzən şəhər sakini, 22 yaşlı Mahmud Məlikov olduğu təsdiqlənib. Marqarita pizza

Bu barədə M.Məlikovun yaxınları məlumat veriblər. Bildirilib ki, meyit dəfn üçün sabah ailəsinə təhvil veriləcək.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, 22 yaşlı Mahmud Məlikov namaz qılmaq üçün məscidə gedib və geri qayıtmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!