Namik Ələsgərov Türkiyə klubuna təklif olunub? - Açıqlama 

saytların hazırlanması

Evə çatdırılma

Namik Ələsgərov Türkiyə klubuna təklif olunub? - Açıqlama 

İdman

19 İyun 2023 13:03 740


Türkiyə mətbuatı "Sabah"ın futbolçusu Namik Ələsgərovla bağlı iddia irəli sürüb. 

Yenisabah.az xəbər verir ki, "Kocaeli Gazete"sinin yazdığına görə, N.Ələsgərov menecerlər vasitəsi ilə "Kocaelispor" klubuna təklif olunub.

N.Ələsgərovun meneceri Vaqif Heydərli isə Qol.az saytına açıqlamasında Türkiyə mediasının yaydığı bu məlumatın həqiqəti əks etdirmədiyini söyləyib. Pepperoni pizza

"Kocaelispor"a hazırda tanınmış məşqçi Ertoğrul Sağlam rəhbərlik edir. 2022/23 mövsümündə Kocaeli təmsilçisi ikinci liqada çıxış edib. Yeni mövsümdən isə komanda 1-ci liqada oynamaq hüququ qazanıb.

Namik Ələsgərova gəlincə, o, 2022-ci ilin yayında "Sabah"la müqavilə bağlayıb. Müqavilə 2025-ci ilin iyununda başa çatır. "Sabah"a gəlməzdən öncə isə o, 2021/22 mövsümünü "Bursaspor"da (Türkiyə) keçirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!