Namik Ələskərov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Namik Ələskərov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirdi

İdman

27 Noyabr 2023 13:53 879


“Sabah”ın futbolçusu Namik Ələskərov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib. 

Yenisabah.az PFL-in saytına istinadən xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının 14-cü turuna təsadüf edib. 

28 yaşlı yarımmüdafiəçi “Qarabağ”la ev matçına start heyədə çıxıb. O, 200 qarşılaşmada 38 qola imza atıb.  pizza hut

Namik Premyer Liqada 2011/12 mövsümündə “Bakı”nın heyətində debüt edib. Yarımmüdafiəçi paytaxtın eyniadlı klubunda 19 (2 qol), “Qarabağ”da 25 (1 qol), “Kəpəz”də 15 (3 qol), “Neftçi”də 105 (29 qol), “Sabah”da 36 (3 qol) oyunda iştirak edib. 

Qeyd edək ki, Ələskərov Azərbaycan çempionatları tarixində 200 və daha çox matç keçirən 148-ci futbolçudur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!