Millimizin üzvü Namiq Ələskərov Türkiyə 1-ci liqasında debüt edib.
Yenisabah.az xəbər verir ki, 26 yaşlı hücumçu “Bursaspor”da ilk matçına çıxıb.
3-cü turda “Eyüpspor”la keçirilən qarşılaşmanın start heyətində yer alan futbolçu 69-cu dəqiqədə əvəzlənib. Görüş "Bursasspor"un məğlubiyyəti ilə başa çatıb - 0:2. Pepperoni pizza
Qeyd edək ki, Namiq Ələskərov bu ay "Neftçi"dən ayrılaraq "Bursaspor"la 2 illik müqavilə imzalayıb.
Telegram kanalımız