Namiq Qaraçuxurlu arxiv görüntülərini paylaşıb söz atdı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Namiq Qaraçuxurlu arxiv görüntülərini paylaşıb söz atdı - VİDEO

Şou

22 Fevral 2024 10:10 1028


Meyxanaçı Namiq Qaraçuxurlu arxiv görüntülərini paylaşıb.

Yenisabah.az xəbər verir ki, söz ustadı illər əvvəl konserti zamanı çəkilən görüntülərini izləyiciləri ilə bölüşərək bəzi həmkarlarına söz atıb:

“Təəssüf ki, hətta bəzi meyxanaçılar, bəzi meyxana həvəskarları meyxananı o qədər dar çərçivədə dərk edirlər ki, vaxtı ilə bu hadisələrin reallıqda baş verdiyini hələ də ağılları həzm edə bilmir. Paxıllıqdan görməzdən gələnlər isə ayrı bir dərddir. Meyxana yalnız nə qəzəl, nə musiqi, nə gülüş məkanı, nə əyləncə, nə dram, nə mərsiyə, nə rozə, nə də başqa bir şeydir. Bu janrların əksəri özlüyündə möhtəşəmdir, lakin meyxana bütün bunların ən şirin, canayaxın tərəfini özündə ehtiva etmək bacarığı olan sənətdir. pizza mizza

Meyxana bununla meyxanadır! Sadaladığım hər bir janrın əksər müştəriləri meyxanadan həzz payı ala bildiyi üçün meyxana bütün qadağalara baxmayaraq, heç vaxt kutləviliyini itirməyib. Meyxananı sevə-sevə çərçivəyə salıb məhv etməyin, lütfən. İstedadlı və ya həvəskar olmaq hələ geniş təfəkkürə sahib olub təbliğat aparmaq üçün kifayət deyil! Düşüncənizi dünya görüşünüzü zənginləşdirin mütləq! Meyxananı qorumaq üçün dilinizi qoruyun, amandır...”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!