Namiq qızının hazırladığı şəkərburaları göstərdi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Namiq qızının hazırladığı şəkərburaları göstərdi - FOTO

Şou

21 Mart 2024 16:26 2726


Meyxanaçı Namiq Qaraçuxurlu qızı Sara ilə bağlı diqqət çəkən paylaşım edib. 

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, sənətçi övladının mətbəxdəki qabiliyyətini üzə çıxardıb. 

Qaraçuxurlunun sosial şəbəkə hesabında yayımladığı videoda qızının Novruz şirniyyatlarından olan şəkərburaların üzərinə naxış vurması əks olunub.  pizza mizza

Görüntülərdə Sara rus dilində "Bu şəkərburaların ölçüsü böyük alınıb. Onların yanlarını mən bükmüşəm. Bunların üzərinə isə Sara, Felya, Boris və Qoqo adlarını yazmışam" sözlərini dilə gətirib. 

Namiq isə qızının bu bacarığına "Afərin sənə qızım" ifadəsini bildirib.

Kadrlarda meyxanaçı övladının üzünü gizlədib.  

Söz xiridarı digər paylaşımlarda dəbdəbəli villasının həyətini, Novruz süfrəsini və yanan sobanın görüntülərini izləyiciləri ilə bölüşüb. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!