Namizəd Məzahir Pənahovu hədələdi: "Qovacağam"

saytların hazırlanması

Evə çatdırılma

Namizəd Məzahir Pənahovu hədələdi: "Qovacağam"

Siyasət

25 Fevral 2020 18:51 1248


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 110 saylı Zaqatala Seçki Dairəsi üzrə namizəd Nurlana Cəlillə MSK sədri Məzahir Pənahov arasında gərginlik yaşanıb. "Yeni Sabah" xəbər verir ki, Nurlana Cəlil MSK-nın çıxardığı qərara kəskin etiraz edib. O, MSK sədrinə, katiblərə və qurumun üzvlərinə bunu bildirib: "Şəxsən bundan sonra sizlərdən birinin Zaqatalaya ayağı düşsə, qovacağam". Qeyd edək ki, MSK-nın qərarı ilə adıçəkilən dairənin iki məntəqəsinin nəticələri etibarsız sayılıb. /Oxu.az
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!