Namizədlər İTV-nin ödənişli efir vaxtından istifadə edibmi?

saytların hazırlanması

Evə çatdırılma

Namizədlər İTV-nin ödənişli efir vaxtından istifadə edibmi?

Siyasət

24 Yanvar 2020 07:40 1164


Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə ödənişli seçkiqabağı təşviqatla bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinə (İTV) müraciətlər daxil olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq şirkətdən bildirilib.

Məlumata görə, müraciətlərin qəbulu bu gün, yəni yanvarın 24-də başa çatacaq. pizza sifarişi

“Lakin bu günə kimi ödənişli seçkiqabağı təşviqatla bağlı efirə çıxan olmayıb”, - İTV-dən əlavə olunub.

Xatırladaq ki, Milli Məclisə seçkilərdə ödənişli seçkiqabağı təşviqat aparılması üçün İTV-nin efirində deputatlığa qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının bir saniyəsi minimum 22 manat, bir saniyə efir vaxtının maksimum qiyməti isə 65 manatdır.

İctimai radioda isə bir saniyəsi minimum 7 manat, bir saniyə efir vaxtının maksimum qiyməti isə 25 manatdır.

Efir vaxtlarının qiymətləri həftənin günləri və saat fərqlərinə görə dəyişir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!