““Nant” öz meydanında daha yaxşı oynayır” - Qurban Qurbanov

saytların hazırlanması

Evə çatdırılma

““Nant” öz meydanında daha yaxşı oynayır” - Qurban Qurbanov

İdman

26 Oktyabr 2022 21:50 1016


“Hər sistemin öz çətinlikləri var. Rəqib keyfiyyətli komandadır. Öz meydanında daha yaxşı oynayır”.

Yenisabah.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Fransada “Nant”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan öncə keçirilən mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, Bakıda bu komandaya 3:0 hesabı ilə qalib gəlmələri yanlış fikirlər gətirə bilər: Sezar pizza

“Əlimizə düşən hər imkandan maksimum istifadə etməyə çalışacağıq”.

O, sabahkı görüşdə favorit olmadıqlarını söyləyib:

“Rəqibə böyük hörmətlə yanaşırıq. Bakıdakı matçda qol epizodları oldu. Hətta hesab 0:0 olarkən üstünlük onların tərəfində idi. Rəqibin heyətində bacarıqlı futbolçular var. Sadəcə, hər komandanın uğursuz seriyası olur. Son vaxtlar “Nant”ın oyununda irəliləyiş var”.

Qeyd edək ki, “Nant” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!