“Nant“ın bu futbolçuları “Qarabağ“la oyun buraxa bilər

saytların hazırlanması

Evə çatdırılma

“Nant“ın bu futbolçuları “Qarabağ“la oyun buraxa bilər

İdman

22 Oktyabr 2022 15:00 1186


"Nant"ın futbolçuları Şarl Traore və Fabio Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la ev oyununu buraxa bilərlər.

Yenisabah.az klubun saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Antuan Kombuare danışıb. O, bildirib ki, 30 yaşlı müdafiəçi və 32 yaşlı müdafiəçi zədəlidirlər. Buna görə də onlar Liqa 1-in 12-ci turunda "Nitsa" ilə görüşdə iştirak etməyəcəklər. Sözügedən oyunçuların "Qarabağ"la matçı buraxıb-buraxmayacaqları hələlik məlum deyil.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin 2-ci turunda Bakıda "Nant"a böyük hesabla qalib gəlib - 3:0. Bu komandalar arasında 5-ci tur oyunu oktyabrın 27-si "Stade de Bojuar" arenasında olacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. "Qarabağ"a pley-off-a adlamaq üçün 1 xal da bəs edəcək. "Nant" isə pley-off şansını qorumaq üçün Ağdam təmsilçisini məğlub etməlidir. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!